Portuqaliyanın "Benfika" klubu "Mançester Yunayted", "Çelsi" və PSJ-nin əsas transfer hədəfinə çevrilən Darvin Nunyesi satmağa tələsmir.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 22 yaşlı uruqvaylı hücumçu ilə cari mövsümün sonunda vidalaşmaq istəmir.
Mənbə "qartallar"ın Darvini 127 milyon avrodan aşağı məbləğə satmayacağını və müştərilərlə sövdələşmənin böyük ehtimalla, gələn mövsüm baş tutacağını vurğulayıb.
Cari "futbol ili"ndə "Benfika" formasıyla bütün turnirlər daxil olmaqla, 36 matça çıxan Nunyes 31 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Lissabon klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Nihat