Hollandiya futbolunun məşhur siması Marko van Basten "Atletiko Madrid"in oyun üslubunu tənqid edib.
Fanat.Az xəbər verir ki, o, "Ziggo Sport"a verdiyi açıqlamada "Mançester Siti" ilə matçda 5-5-0 taktiki düzülüşə üstünlük verən "Atletiko"nun hücumçusuz oynamasının əyləncəli olmadığını, bu durumun insanları futboldan uzaqlaşdırdığını bildirib:
"Baş məşqçilərin belə oynaması qadağan deyil, lakin onların onların 90 dəqiqə ərzində 10 nəfərlə müdafiə olunması məni təəccübləndirdi. Belə komandalara qol vurmaq çox çətindir və izləmək heç də əyləncəli deyil.
İnsanlar Çempionlar Liqası oyunlarını dayandırıb "Netflix"ə baxa bilərlər. FIFA futbolu daha əyləncəli və cəlbedici etmək barədə düşünməyə başlamalıdır, çünki bu, futbola mənfi təsir göstərir.
Halbuki, "Atletiko" həddindən artıq hücum keyfiyyətinə malikdir. Felix- Qrizmann dueti 300 milyon avroya başa gəlib, lakin onlar 90 dəqiqə müdafiədə oynadılar.
Keçmiş hücumçu kimi bunu deyirəm: topu qazandığımız zaman komandamın dərhal mənim üçün oynamasını istəyirdim. Çünki sürətli oynamalıydıq. Amma 11 oyunçu ilə öz yarımızda olsaq, nə edə bilərik?"
Mirağa