Türkiyənin "Beşiktaş" klubunda icarə əsasında çıxış edən bosniyalı yarımmüdafiəçi Miralem Pyaniç mövsümün sonunda "Barselona"ya qayıdacaq.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
"Beşiktaş"ın idman direktoru Ceyhun Kazancı jurnalistlərə açıqlamasında xəbəri təsdiqləyib: "Gələn mövsüm Miralem Pyaniç ilə əməkdaşlığımızı davam etdirməyəcəyik".
Pyaniçin "Barselona" ilə müqaviləsi 2024-cü ilə qədərdir. 31 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 22 oyunda 4 məhsuldar ötürmə edib.