Moskvanın MOİK klubunda çıxış edən Yusuf Yazıcı Rusiyada keçirdiyi ilk 6 oyunda qol vuran futbolçu kimi tarixə düşüb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisinin qış transfer dövründə Fransa "Lill"indən icarəyə götürdüyü türkiyəli futbolçu 6 matçda 8 qol vurub.
25 yaşlı Yusuf sonuncu dəfə "Ximki"ylə (4:2) görüşdə fərqlənib.
O, Rusiya Liqasında fevral və mart ayının ən yaxşı oyunçusu seçilib.
Mirağa