"Olimpik Marsel"in futbolçusu Dimitri Payet 2017-ci ildə "Mançester Yunayted"in təklifini geri çevirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunu futbolçu "RMC Le Vestiaire" teleşousunun efirində deyib:
"Mən təəssüflərlə yaşayanlardan deyiləm. 2017-ci ildə "Mançester Yunayted"dən təklif alsam da, "Marsel"ə qayıtmağı üstün tutdum. Bu, əla seçim idi. Ailəm və özüm üçün ən yaxşısını etdim".
Qeyd edək ki, Payet 2015-2017-ci illər aralığında İngiltərə təmsilçisi "Vest Hem"də çıxış edib.
Nihat