Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya tibbi müayinədən keçib və "Napoli" ilə bağlamağa hazırlaşdığı müqavilənin detallarını razılaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
21 yaşlı Kvaratsxeliya neapollularla 5 illik müqavilə imzalayacaq. Yarımmüdafiəçi "Napoli"də mövsümə 1,5 milyon avro əməkhaqqı alacaq.
Qeyd edək ki, Xviça Azərbaycan millisinin sabiq hücumçusunun - Badri Kvaratsxeliyanın oğludur.
Emin