"Milan"ın kapitanı Alessio Romanyoli böyük ehtimalla, "Latsio"ya keçəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
O, tərəflərin danışıqları yekunlaşdırmaq üzrə olduqlarını və 27 yaşlı futbolçunun Roma təmsilçisi ilə 5 illik müqavilə bağlayacağını bildirib. Müdafiəçinin "Latsio"da illik 3,2 milyon avro əməkhaqqı alacağı, bundan başqa, müxtəlif bonuslar şəklində də qazanc əldə edəcəyi vurğulanıb.
Qeyd edək ki, 2015-ci ildə "Roma"dan transfer olunan Romanyoli "Milan"la yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Nihat