"Yuventus"un prezidenti Andrea Anyelli Turin klubunda futbolçuların transferi zamanı saxta maliyyə hesabatları hazırlandığı üçün 1 il müddətinə vəzifəsindən uzaqlaşdırıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı İtaliya Futbol Federasiyası yayıb.
Bu səbəbdən "qoca sinyora" 800 min avro cərimə olunub.
Qeyd edək ki, 5 İtaliya klubunu oxşar qeyri-şəffaflığa görə cəzalar gözləyir. "Yuventus" isə ümumilikdə 50 milyonluq maliyyə fırıldağında təqsirli bilinir. Bu məbləğ 2018/19, 2019/20, 2020/21 mövsümlərini əhatə edir.
Nihat