Çempionlar Liqasının 1/8 final mərhələsində “Yuventus”u, daha sonra 1/4-də isə yarışın favoritlərindən olan “Bayern Münhen”i mübarizədən kənarlaşdırmaqla sensasiyanı davam etdirən "Vilyarreal"ın futbolçusu Dani Parexo almanlara sataşıb.
Fanat.Az xəbər verir ki, ilk oyunda qələbə qolunu vuran yarımmüdafiəçi komandasını motivasiya edən məqamı açıqlayıb:
"Bayern Münhen"in baş məşqçisi Yulian Naqelsmann oyunlardan əvvəl demişdi ki, cütün taleyini ilk oyunda həll etmək istəyir. O, "Vilyarreal"la yanaşı, futbolu da aşağılamışdı. Bəzən başının üstünə tüpürəndə tüpürcək sifətinə süzülür".
Mirağa