"Çelsi"nin baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real Madrid"lə cavab oyununun baş hakimi Şimon Marçinyakın idarəçiliyindən danışıb.
Fanat.Az xəbər verir ki, "The Guardian" almaniyalı çalışdırıcının fikirlərini belə çatdırıb:
“Danışsam, problem yarana bilər. "Real Madrid"ə qarşı oynadığınız zaman hakimdən öz işini ədalətli yerinə yetirməsi üçün cəsarət gözləməyə dəyməz. Hakimə dedim ki, Alonsonun ləğv edilmiş qolu ilə bağlı epizodun videotəkrarını izləmədiyi üçün çox məyusam. O, məsuliyyəti üzərinə götürməli, qapalı yerdə oturan, meydanda olmayan adamın qərar qəbul etməsinə imkan verməməliydi".
Xatırladaq ki, “Çelsi” bu görüşdə qələbə qazansa da (3:2), ilk dueldə iki top fərqi ilə uduzduğu üçün (1:3) turnirin yarımfinalına yüksələ bilməyib.
Mirağa