Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su aprelin 15-də "İstra"ya qarşı oyunda azarkeşlərin dəstəyindən məhrum olacaq.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin ən çılğın fanat qrupu olan "Bad Blue Boys" baykot qərarı ilə bağlı açıqlama yayıb:
"Dinamo" növbəti oyununu "İstra"ya qarşı Mübarək Cümə günü, bütün dünyadakı xristianların oruc tutmaq və İsanın ölümünü xatırlamaq üçün keçirdikləri bir gündə oynayacağını nəzərə alaraq, hər kəsə bildiririk ki, şimal tribunamızdan mütəşəkkil dəstək olmayacaq.
Azarkeşlərə qarşı bu biabırçı münasibət neçə müddətdir davam edir. Təkcə federasiyadakı məsul şəxslər yox, klub rəsmilərinin də səhlənkarlığı sayəsində "ənənə" davam edir. Diqqətinizə çatdırırıq ki, bu həftə, məsələn, Xorvatiya Futzal Liqasının bütün oyunları cümə axşamı keçiriləcək. Niyə? Çünki onlar federasiyadan oyunların bir gün əvvələ çəkilməsini xahiş etdilər və razılıq verildi. Deməli, bu, HNS-də də mümkündür.
Bilirik ki, futbol ictimaiyyətinin bir hissəsi qərarımızı anlamayacaq və dəstəkləməyəcək. Atdığımız addım HNS-dəki, klublardakı məsul şəxslərin qərarından çox tənqid olunacaq. Amma bu, bizi maraqlandırmır. Fanatlar haqqında kinli şərhlər və ya ifadələrə əhəmiyyət vermirik.
"Bad Blue Boys" stadionlarda təkcə görüntü üçün deyil. Qrupun öz inancları və prinsipləri var. Biz HNS-i və klubları Mübarək Cümə gününə təyin olunan matçları təxirə salmağa çağırırıq".
Mirağa