"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard bütün dövrlərin ən yaxşı futbolçusu saydığı oyunçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Liverpul"un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisinin söylədiklərini "Give me Sport" belə çatdırıb:
"Dünyanın ən yaxşı futbolçusu Messidir. O, bütün dövrlərin ən yaxşısıdır".
Xatırladaq ki, Lionel Messi ötən ilin yayında "Barselona"dan ayrılaraq azad agent statusu ilə PSJ-yə keçib. Argentinalı ulduz bu mövsüm Liqa 1-də 20 matça çıxıb. 34 yaşlı cənubi amerikalı Fransa çempionatında 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat