Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, o, çempionatın 31-ci turunda "İstra"ya qarşı ev oyununda start 11-lik"də yer alıb.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli 50-ci dəqiqədə komandasının üçüncü qolunu vurub. Azərbaycanlı futbolçu 72-ci dəqiqədə Bruno Petkoviçlə əvəzlənib. Digər iki qolu 8-ci və 45+1-ci dəqiqələrdə Mislav Orşiç vurub.
"Dinamo" bu qələbədən sonra xallarını 66-ya çatdıraraq zirvədəki yerini möhkəmləndirib. 26 xalı olan "İstra" isə 9-cu sırada qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli XXX turda səfərdə "Riyeka"nın da qapısına yol tapıb.
Nihat