"Ayntraxt"ın ötən gecə "Barselona"nı 3:2 hesabı ilə məğlub edərək Avropa Liqasından kənarlaşdırması ilə yanaşı, "Camp Nou"dakı matçı 30 min almaniyalı azarkeşin izləməsi gündəmi zəbt edib.
Fanat.Az xəbər verir ki, Frankfurt təmsilçisinin tərəfdarları şəhərdə də dinc qalmayaraq, yerli sakinə hücum ediblər.
Belə ki, matç ərəfəsində şəhərin mərkəzi küçəsində gəzintiyə çıxan qonaq azarkeşlər bu zaman balkonunda "Barselona"nın bayrağını asan yerli sakinə pivə şüşələri atıblar.
Pluja de birres d’aficionats de l’Eintracht de Frankfurt contra uns veïns de la Rambla del Raval que han penjat una bandera del Barça al balcó #fcblive #BarçaFrankfurt pic.twitter.com/VtsKcRqNrn
— Adrià Corominas (@adriacat) April 14, 2022
Mirağa