Keçən həftə “Kamp Nou”da “Barselona”nı şoka salıb Avropa Liqasından kənarlaşdıran “Ayntraxt”ın fanatlarıyla yerli azarkeşlər arasında stadionun qarşısında dava-dalaş yaşanıb.
Fanat.Az xəbər verir ki, “Barselona”nın bir qrup tərəfdarı küçədə bir neçə alman azarkeşə hücum edib.
Bəxti gətirməyən və təxribatçıların yoluna çıxanlar arasında vaxtilə “Ayntraxt”ın formasını geyinmiş, Çexiya millisinin sabiq üzvü Martin Fenin də olub.
O və həyat yoldaşı çılğın fanatların hücumuna məruz qalıb. Xoşbəxtlikdən Fenin və xanımı ciddi xəsarət almayıblar.
Keçmiş futbolçu olayın videosunu "Instagram"da yerləşdirərək yaxşı olduqlarını bildirib.
Fenin 2008-2011-ci illərdə Almaniya komandasında çıxış edib. O, Çexiya millisində 16 oyuna çıxıb.
Mirağa