"Ayaks"ın baş məşqçisi Erik ten Haq Amsterdam təmsilçisinin iki futbolçusunu özü ilə "Mançester Yunayted"ə aparmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Mövsümün sonunda İngiltərə klubuna baş məşqçi təyin olunacağı gözlənilən mütəxəssis 22 yaşlı hücumçu Antoninin və 19 yaşlı yarımmüdafiəçi Rayan Qravenberxin MY forması geyinməsini arzulayır. Ten Haq bu gənclərin "qırımızı şeytanlar"ın gücünə güc qatacaqlarına inanır.
Nihat