SSRİ yığmasının və Moskva "Spartak"ının sabiq futbolçusu Yevgeni Lovçev klubun 100 illik yubileyinin qeyd edilməsini yanlış adlandırıb.
Fanat.Az "Spartak Moskva - Red white" portalına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis “Spartak”ın 1922-ci ildə deyil, 1935-ci ildə yarandığını deyib:
"100 İllik yubiley qeyd etmək absurddur. Kimi aldadırlar? Özlərini? “Spartak” 1922-ci ildə yox, 1935-ci ildə yaranıb. Məsələ burasındadır ki, "Spartak"ı yaradan Nikolay Starostinlə əlaqəsi olan insanlar onun yaxşı bilirlər ki, Spartak 19 aprel 1935-ci ildə təsis olunub. Biz həmişə bunu bilirik".
Emin