İngiltərə Premyer Liqasında XXX turdan təxirə salınmış "Liverpul" - "Mançester Yunayted" oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Luis Dias 5-ci, Məhəmməd Salah 22-ci və 85-ci, Sadio Mane 68-ci dəqiqədə vurub.