11:00 20.04.2022 395

Günün transfer xəbərləri: Eriksen Keynin qalmasına kömək edə bilər

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Tuxel Lukakunun "Çelsi"dəki mövqeyi haqqında: "Düşünmürəm ki, Lukakuya qığılcım lazımdır. Komanda da əsas heyət oyunçusu olacaq, yoxsa yox, bunu dəqiq bilmirik. "Çelsi"dən ayrılsa, onu heyətində görmək istəyən kifayət qədər klub tapılacaq".

"Le Parisien" nəşri: PSJ ispaniyalı veteran Serxio Ramosdan qurtulmaq istəyir. Səbəb futbolçunun zədəsi və yüksək maaşıdır. Təcrübəli müdafiəçinin indiki müqaviləsi daha bir il qüvvədədir. Artıq tərəflər vəziyyəti müzakirə etmək üçün görüş təyin edib".

"TYC Sports" saytı: "Aston Villa"nın qapıçısı Emiliano Martines Turin "Yuventus"unun transfer hədəfinə çevrilib. 29 yaşlı qolkiperin "qoca sinyora"nın sıralarına dəvət olunmasında şəxsən baş məşqçi Massimiliano Alleqri maraqlıdır".

"Nyukasl"ın yarımmüdafiəçisi Conco Şelvi:  “Nyukasl" çox böyük klub olacaq. Mən PSJ və "Manchester Siti" səviyyəsindən danışıram. Həmin səviyyəyə çatmaq müəyyən qədər vaxt aparacaq. Bu, yenidənqurma prosesidir. Güclü və ən əsası müdrik transferlər edəcəyik. Sadəcə olaraq, hamımız səbirli olmalıyıq. İstədiyim tək şey bu prosesin bir hissəsi olmaqdır”.

PSJ-nin baş məşqçisi Maurisio Poçettino: "PSJ ilə daha bir il müqaviləm var. Bu klubun əsas məqsədlərindən biri Çempionlar Liqasını qazanmaqdır. Uğur qazana bilmədiyimiz üçün çox məyus olduq. Mövsüm başa çatmayıb, hələ çempionluq qazanmamışıq və bütün diqqətimizi buna yönəltmişik. Hər şey həll olunanda bir yerdə oturub komandanın gələcəyini müzakirə edəcəyik. Bu yay komandanı tərk etmək fikrim yoxdur”.

"The Times" nəşri: "Tottenhem" inanır ki, Kristian Eriksen kluba qayıdarsa, Harri Keyni komandada saxlaya biləcək. Erlinq Holand ilə uğurlu danışıqlardan sonra "Mançester Siti"nin Keynə marağı azalıb".

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X