Rusiyanın "Ufa" klubu futbolçulara saxta yollarla hərbi bilet almaqda ittiham olunur.
Fanat.Az xəbər verir ki, bu barədə "Rossiyskiy Futbol: RPL" portalı məlumat yayıb.
Dünən Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ufada idmançılara hərbi bilet hazırlamağa kömək edən keçmiş yol polisi əməkdaşını saxlayıb. İlkin məlumatlara görə, Farit Samiqullinin müştəriləri arasında Rusiyanın "Ufa" futbol klubu və Ufa şəhərini təmsil edən "Salavat Yulaev" xokkey komandası strukturlarından bir neçə futbolçu və xokkeyçi olub.
Bu vəziyyətlə bağlı futbol klubunun baş direktoru Şamil Qazızov açıqlama verib. Başqırdıstan təmsilçisinin nümayəndəsi idmançılara hərbi bilet düzəltməyə kömək edən həmin polislə klubun əlaqəsini inkar edib:
“Xeyr, bizdə belə oyunçular yoxdur. Bu, dəqiqdir! Heç kimə bu barədə müraciət etməmişik. Nə yol polisinə, nə də başqasına”.
Emin