Dünən İngiltərə Premyer Liqasının 25-ci turundan təxirə salınmış oyunda "Çelsi" öz meydanında "Arsenal"a uduzub.
Fanat.Az xəbər verir ki, "Stemford Bric"də "topçular"dan alınan 2:4 hesablı yenilgi "zadəganlar"ın ardıcıl 3-cü ev məğlubiyyəti olub.
"Göylər" bundan öncə Çempionlar Liqasının 1/4 finalında "Real Madrid"ə (1:3), ardından isə İPL-in 31-ci turu çərçivəsində "Brentford"a (1:4) boyun əymişdi.
"Çelsi" son dəfə 1993-cü ilin noyabrında eyni aqibəti yaşayıb.
Nihat