"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu "Instagram"da təşəkkür paylaşımı edib.
Fanat.Az xəbər veri ki, İPL-in 30-cu turunda "Liverpul" meydana Kriştianusuz çıxan "Mançester Yunayted"i 4:0 hesabı ilə üstələyib.
Həmin qarşılaşmanın 7-ci dəqiqəsində mersisaydlı azarkeşlər Ronaldu yeni dünyaya gəlmiş övladını itirdiyinə görə ona dəstək nümayiş etdirərək alqışlayıblar.
37 yaşlı futbolçu öz növbəsində rəqib tərəffdarlara minnətdarlığını çatdırıb: "Bir dünya... Bir idman... Bir böyük ailə... Təşəkkürlər, "Enfild". Ailəm və mən bu hörmət və şəfqət jestini heç vaxt unutmayacağıq!"
Emin