"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz cari mövsüm hədəflərindən uzaq düşən komandanın əsas problemlərindən birini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Manutd.one" ulduz veteranın söylədiklərini belə çatdırıb:
"Mançester Yunayted" "Liverpul"a uduzduğu son oyunda (0:4) rəqib futbolçulara belə desək, barmağının ucunu da toxundurmadı. "Liverpul"un oyunçuları meydanda istədiklərini etdilər. Belə motivasiyanı anlamaq çox çətindir. Sanki oyuna niyə çıxdıqlarını unutmuşdular. Bir qrup ideyasız, həvəssiz oyunçu ora-bura qaçırdı.
"Qırmızı şeytanlar"ın lideri yoxdur. Ad başqadır, liderlik keyfiyyətlərini ortaya qoya bilən futbolçu başqa... Məsələn, "Liverpul"da belələri çoxdur: Milner, Henderson, van Deyk, Fabinyo kimi oyunçuların hər biri liderdir. Onlarda belələri çoxdur. Mersisaydlıların əsl kişilərdən qurulmuş heyəti var".
Qeyd edək ki, 33 tura 54 xal toplayan "Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Nihat