"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand Ralf Ranqnikin "qırmızı şeytanlar"a müvəqqəti baş məşqçi təyin edilməsi barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 43 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Düzünü desəm, Sulşerin gedişindən sonra Ranqnikin təyinatı ilə işlər daha da pisləşdi. “Mançester Yunayted” ilk "dördlüy"ə düşməyəcək. Heç bir şans yoxdur, hər şey bitdi. Bu dəqiqdir. "Dördlük" getdi! Yoxdur! Vəssalam! Onlar mübarizə əzmini itiriblər, içlərində qığılcım yoxdur. Təbii ki, belə durumda, hər hansı motivasiyanın olması çətindir".
Bu, çox zəif nəticədir. Matçdan əvvəl siz sadəcə, oturub dua edə bilərsiniz ki,"Mançester Yunayted" qalib gəlsin".
Emin