"Napoli"nin baş məşqçisi Luçano Spaletti istefaya göndərilə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Mənbənin yazdığına görə, klub prezidenti Aurelio De Laurentis Spallettinin yerinə əsas namizədlərdən biri kimi "Fiorentina"nın baş məşqçisi Vinçenzo İtalianonu nəzərdən keçirir.
Neapol təmsilçisinin çalışdırıcısı keçən il klubla iki illik (sonradan daha iki il uzadıla bilər) müqavilə imzalasa da, hazırda komandanın zəif çıxışı səbəbindən gələcəyi şübhə altındadır.
“Napoli” A Seriyasında 3 turdur ki, qalib gələ bilmir. Spalettinin komandası bu görüşlərdə "Fiorentina" və "Napoli"yə uduzub, "Roma" ilə heç-heçə edib.
34 turdan sonra "Napoli" A Seriyasının turnir cədvəlində 67 xalla 3-cü yerdədir. Aprelin 30-da neapollular "Sassuolo" ilə qarşılaşacaq.
Mirağa