"Nyukasl Yunayted" mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacaq Pol Poqbanı heyətinə qatmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə "sağsağanlar"ın 28 yaşlı oyunçuya müddəti 2025-ci ilə qədər olan müqavilə təklif edəcəyini açıqlayıb. Hazırda "Real Madrid", PSJ və "Yuventus"la danışıq aparan yarımmüdafiəçinin daha yaxşı şərtlər qarşılığında "Nyukasl"a keçmək ehtimalının az olmadığı vurğulanıb.
Qeyd edək ki, iyunda MY ilə olan müqaviləsinin müddəti başa çatacaq Poqba İngiltərə Premyer Liqasının 30-cu turundan təxirə salınan oyunda - "Liverpul"la matçda (0:4) zədələnib. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ralf Ranqnik həmin görüşün 10-cu dəqiqəsində xəsarət alan fransalı futbolçunun daha meydana çıxmayacağını deyib.
Nihat