İngiltərənin U-23 Liqasında baş tutan "Nyukasl" - "Sauthempton" görüşündə (2:4) qalib komandanın 16 yaşlı oyunçusu Tayler Diblinq het-trik edib.
Fanat.Az xəbər verir ki, yeniyetmə futbolçu vurduğu qolların bir-birinə hədsiz bənzəməsi sayəsində sosial mediada hit olub.
"Sauthempton"un "Twitter"dən paylaşdığı video böyük maraq doğurub. Diblinq ilk hissədə - 6, 33 və 40-cı dəqiqələrdə vurduğu qolların hamısında topu meydanın mərkəzindən götürərək cərimə meydançasına qədər irəliləyib, daha sonra 20 metrdən sol ayağı ilə "Nyukasl"ın qapısının eyni küncünü dəqiq nişan alıb.
6: ⚽️
— Southampton FC (@SouthamptonFC) April 25, 2022
33: ⚽️
40: ⚽️
Take it away, Tyler Dibling 👏 pic.twitter.com/aZDhWNbk56
Mirağa