"Venetsiya" klubu baş məşqçisi Paolo Dzanettini istefaya göndərir.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsionun saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq komandaya baş məşqçi ilə ayrılmaq qərarı barədə məlumat verilib və yaxınlarda bunun ictimaiyyətə rəsmən açıqlanması gözlənilir. Onun yerini mövsümün sonunadək "Venesiya" gənclərdən ibarət komandasının çalışdırıcısı Andrea Sonçin tutacaq.
"Venetsiya" Fevralın 20-dən bəri xal qazana bilməyib.
Emin