"Napoli"nin prezidenti Aurelio de Laurentis Gürcüstan millisinin və Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Xviça Kavaratsxeliyanın cari mövsümün sonunda Neapol təmsilçisinə keçəcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "Calciomercato" klub başqanının söylədiklərini belə çatdırıb:
"Dünən onun evində olmuşam. Mövsümün sonunda "Napoli"yə transfer olunacaq".
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra FİFA-nın verdiyi imtiyazdan faydalanan Xviça Kazan "Rubin"i ilə olan müqaviləsini donduraraq "Dinamo"ya keçib. Ardından Rusiya təmsilçisi yarımmüdafiəçinin müddəti 2024-cü ilə qədər olan anlaşmasına xitam verib. Martda Gürcüstan təmsilçisinə üz tutan gənc futbolçu bu komandada çıxdığı 4 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xviça Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.
Nihat