"Barselona"nın prezidenti Xuan Laporta klubun "Borussiya Dortmund"un hücumçusu Erlinq Halandın mümkün transferi ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, klub rəhbəri norveçli forvard üçün maliyyə səbəblərinə görə yarışmayacağını deyib:
"Barselona"nın Halandı almağa gücü çatarmı? Yox! Bu, bizim üçün çox bahalı transferdir”.
"Bavariya"nın Haland ilə danışıqlar apardığı bildirilir.