Düz 17 il əvvəl, 2005-ci ilin 1 may tarixində argentinalı hücumçu Lionel Messi "Barselona"nın heyətində ilk rəsmi qolunu vurub.
Fanat.Az xəbər verir ki, o, "Albasete" ilə görüşün son dəqiqələrində meydana daxil olub və Ronaldinyonun ötürməsindən sonra fərqlənib.
"Blauqrana"da ilk qolunu vuran zaman Lionel Messinin cəmi 17 yaşı olub.
Maraqlıdır ki, "Albasete" ilə matçda Messi iki dəfə fərqlənsə də, argentinalının qollarından biri oyundankənar vəziyyət səbəbindən hesaba alınmayıb.
Emin