Çempionlar Liqasının finalını idarə etməyə əsas namizəd açıqlanıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu, fransalı Kleman Turpendir.
Turpen ötən mövsüm Avropa Liqasının finalını - “Vilyarreal” - “Mançester Yunayted” matçını (1:1, penalti seriyası -11:10) uğurla idarə edib.
Xatırladaq ki, Çempionlar Liqasının ilk finalçısı “Vilyarreal”ı məğlub edən “Liverpul” olub. Bu gün “Real Madrid” və “Mançester Siti” finala vəsiqə uğrunda mübarizə aparacaq.