Çempionlar Liqasının yarımfinalında "Real Madrid"ə uduzaraq turnirlə vidalaşan "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola komandadan ayrılmayacağını deyib.
Fanat.Az xəbər verir ki, "Goal" saytı 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Mən həmişə kuboklara acam. Hər il xoşbəxt olmaq istəyirəm. Bilirəm ki, insanlar yalnız Çempionlar Liqası titulunu tələb edirlər. Biz bunu bilirik. Klubdan ayrılmaq? Elə indi durub gedə bilərəm. Amma niyə? Biz Çempionlar Liqasını qazanmamışıq. Hələlik ayrılmaq fikrim yoxdur. O kuboku qazanmaq üçün isə pul xərcləmək lazımdır".
Emin