Fransa kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda “Nitsa” ilə“Nant” komandaları üz-üzə gəlib.
Həlledici görüşdə 1:0 hesabıyla qələbə qazanan “Nant” ölkə kubokunu qazanıb. Matçdakı yeganə qolu 47-ci dəqiqədə Lüdovik Blas vurub.
Qeyd edək ki, Liqa 1-də 9-cu pillədə qərarlaşan “Nant” tarixində 4-cü dəfə Fransa kubokunu qazanıb.