"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqu "Mançester Siti"nin orta xətt oyunçusu Bernardu Silva ilə dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Mənbə Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin yarımmüdafiənin mərkəzini gücləndirmək niyyətində olduğunu, "şəhərlilər"in isə Fernandinyoya əvəzləyici axtardığını vurğulayıb. Məhz bu səbəbdən tərəflərin futbolçularını dəyişmək ehtimalının yetərincə real göründüyü bildirilib.
Nihat