"Mançester Yunayted" bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 37 oyunda 58 xal toplayıb.
Fanat.Az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın cəmi bir çempionat oyunu qalıb.
MY qarşıdakı matçda qalib gələcəyi halda, xal hesabını 61-ə çatdıracaq. Ralf Ranqnikin komandasının son qarşılaşmanı hansı nəticə ilə yekunlaşdırmasından asılı olmayaraq, bu, klub tarixinin antirekordu olacaq.
Mançester təmsilçisinin İPL-dəki əvvəlki ən pis nəticəsi 2013/2014 mövsümündə qeydə alınmışdı. Həmin vaxt öncə Devid Moyesin, ardından isə Rayan Giqqzin rəhbərliyi altında çıxış edən komanda mövsümü 64 xalla qapamışdı.
Nihat