"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç özünə yeni klub tapıb.
Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, orta xətt oyunçusu karyerasını "Yuventus"da davam etdirməyə yaxındır.
33 yaşlı serbin cari mövsümün sonunda Turin təmsilçisinə qoşulacağı vurğulanıb.
Xatırladaq ki, Matiç aprelin 15-də yayda komandanı tərk edəcəyini açıqlayıb.
Nihat