"Bayern Münhen"in qapıçısı Sven Ulrayx klubu ilə müqavilə yeniləyib.
Fanat.Az Münhen təmsilçisinin saytına istinadən xəbər verir ki, əsas qolkiper Manuel Noyerin əvəzləyicisi olan Sven müddəti 2023-cü ilin yayına qədər olan anlaşmaya imza atıb.
Ulrayx "Bayern"də ümumilikdə 78 oyuna çıxaraq 89 qol buraxıb. O, bu matçların 24-də qapısını toxunulmaz saxlamağı bacarıb. "Transfermarkt" portalı qapıçının transfer qiymətini 900 min avro ilə dəyərləndirir.
Nihat