İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az "Football Transfers"ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi sabiq komandasına - "Yuventus"a keçmək üzrədir.
"Mançester Siti" və PSJ-nin də maraq dairəsində olan 26 yaşlı futbolçu Turir təmsilçisi ilə danışıqlara başlayıb.
Poqba cari mövsümün sonunda "Mançester Yunayted"dən azad agent qismində ayrılacaq. Onun müqaviləsinin müddəti iyunda başa çatacaq.
Nihat