İngiltərə Premyer Liqasının üç klubu "Arsenal", "Mançester Yunayted" və "Çelsi" heyətini "Layptsiq"in hücumameyilli yarımmüdafiəçisi Kristofer Nkunku ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az "Futbol.london"a istinadən xəbər verir ki, hücum xəttini gücləndirməyə çalışan ingilis klubları üçün ilk variant məhz Nkunkudur.
Mənbə onu da bildirib ki, futbolçunu ələ keçirmək asan olmayacaq, çünki Almaniya klubu bu yaxınlarda fransızla yolları ayırmaq istəmədiyini açıqlamışdı.
Daha əvvəl isə Nkunkunun PSJ ilə müqavilə imzalamaq istədiyi bildirilirdi.
Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm bundesliqada 33 matçda 20 qol vurub və 13 məhsuldar ötürmə edib.
Mirağa