"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu növbəti mövsümə harada başlayacağı ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Xəbərə görə, 37 yaşlı portuqaliyalı komanda yoldaşlarına MY-ni könüllü şəkildə tərk etmək niyyətində olmadığını deyib. "Qırmızı şeytanlar"ın titulsuz qalmasından və Çempionlar Liqasında iştirak hüququ qazana bilməməsindən təsirlənən ulduz futbolçu müqaviləsinin müddəti başa çatana qədər "qırmızı şeytanlar"ın uğurları üçün çalışacağını bildirib.
Ronaldu "Mançester Yunayted"ə 2021-ci ilin yayında "Yuventus"dan keçib. Onun mankunianlarla olan anlaşmasının müddəti gələn ilin iyununda başa çatacaq. "Transfermarkt" portalı Portuqaliya millisinin forvardının transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat