İngiltərə millisinin və "Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka İspaniyanın "Atletiko Madrid" klubu ilə müqavilə bağlaya bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb.
Madrid klubu müqaviləsinin müddəti yayda başa çatacaq və yeni anlaşma imzalamaq istəməyən Şime Vrsalkoya əvəzləyici axtarır. Van-Bissaka isə bu mövqeyə əsas namizəddir.
Məlumatda mankunianların yeni baş məşqçisi Erik ten Haqın sözügedən müdafiəçini komandada saxlamaqda maraqlı olmadığı da vurğulanıb.
MY ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq 24 yaşlı futbolçunun sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə "Atletiko"ya icarəyə veriləcəyi bildirilib.
Emin