Bazar günü "Atalanta" ilə oyun "Milan"ın ulduzu Zlatan İbrahimoviç üçün vida matçı olacaq.
Fanat.Az "Sky Italia" nəşrinə istinadən xəbər verir ki, hücumçu karyerasını bitirməyə hazırlaşır.
İddiaya görə, zədədən əziyyət çəkən İbra "Milan"ın son məşqdə ağrıdan ağlayıb. O, oynamaq üçün keyidici iynədən istifadə edir.
Baş məşqçi Stefano Pioli və həkimlər ona oynamağı qadağan etsələr də, İbrahimoviç heç kimə qulaq asmayaraq Skudetto qazanmağı arzulayır və buna görə heç olmasa, 5-10 dəqiqə meydanda olmaq istəyir. Zlatan hətta çərşənbə axşamından cümə gününə kimi komanda ilə məşq etmir.
Mənbə isveçli forvard üçün yayda iki variantın olduğunu bildirir: ya karyerasını bitirəcək, ya da riskli diz əməliyyatına gedəcək ki, karyerasını daha bir mövsüm davam etdirə bilsin. Zlatanı növbəti mövsümə kökləyən yeganə şey Çempionlar Liqasını qazanmaq üçün son cəhddir. Lakin iddiaya görə, o, 90 faiz karyerasını bitirəcək.
Mirağa