London "Arsenal"ı yaxın günlərdə yeni yarımmüdafiəçi transfer edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbə "topçular"ın "Lester Siti"nin və Belçika millisinin futbolçusu Yuri Tilemansı heyətinə qatmaq üçün hərəkətə keçdiyini açıqlayıb. Tilemansın transferinin "Arsenal"a təxminən 40 milyon avroya başa gələcəyi bildirilib.
Bu mövsüm İngiltərə Premyer Liqasında "Lester" formasıyla 29 matça çıxan 24 yaşlı belçikalı 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Tarnsfermarkt" portalı Tilemansın transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat