Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Havadar”la qarşılaşıb. Ertoğrul Sağlamın rəhbərlik etdiyi komanda hesabda 2 dəfə geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanmağı bacarıb – 3:2.
“Traktor” 26 turdan sonra 24 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.