"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager "qırmızılar"ın hücumçusu Sadio Manenin başqa kluba keçməsinə izn verməyəcəyini bəyan edib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun söylədiklərini belə çatdırıb:
"Liverpul"un oyunlarını azarkeş kimi izlədiyim zaman Mane mənim sevimli oyunçumdur. Onda xüsusi nə isə var. Salahla Mane bu komandada 5 ildən çoxdur ki, çıxış edirlər və heç vaxt zədələnməyiblər. Demək olar, hər matçda 90 dəqiqə meydanda olur və oyundan-oyuna "artırırlar". Bu klub üçün etdikləri sadəcə, inanılmazdır. Manenin böyük pərəstişkarıyam. Sizi əmin edə bilərəm ki, o, heç yerə getməyəcək. Mən Sadionu "Bayern Münhen"ə buraxmaycağam. Hə, mənimlə mütləq hesablaşmalıdır".
Qeyd edək ki, Manenin "Liverpul"la olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.
Nihat