20:13 11.05.2022 439

Baş məşqçilər və onların sevimliləri - ARAŞDIRMA

Heç kimə sirr deyil ki, bir çox futbol məşqçilərinin sevimli oyunçuları var. Milli komandalardan danışırıqsa, bu aspektdə konkret futbolçunun komandaya çağırılması kimi faktoru qabartmaq olar. Bu məqam həmişə son dərəcə subyektiv olaraq qalır. Çünki oyunçu seçimi yalnız baş məşqçinin qərarından və vəziyyətə baxışından asılıdır.

Dünyanın ən yaxşı yığmalarında top qovan hansı futbolçuları baş məşqçilərin favoriti adlandırmaq olar? 

Fanat.Az olaraq bunu araşdırmağa çalışdıq.

İtaliya

Roberto Mançininın "Mançester Siti"də baş məşqçi olarkən yanına gətirdiyi Mario Balotelliyə xüsusi hisslər bəslədiyi uzun müddət müzakirə olunurdu. Hücumçunun qeyri-adekvat xarakterinə və qəribə davranışlarına baxmayaraq, Mançini onu müdafiə etdi və Balotelli 2013-cü ilə qədər "şəhərlilər"in düşərgəsində qaldı. Ümumilikdə, mütəxəssisin rəhbərliyi altında Balotelli “Mançester Siti”də 95 oyun keçirib, 37 qol vurub, 11 məhsuldar ötürmə edib.

Mario və Mançini 2018-ci ildə, sözügedən mütəxəssis İtaliya millisini çalışdırdığı dövrdə yenidən bir araya gəlib. Balotelli o vaxt Fransanın “Nitsa” klubunda çıxış edirdi. Bu fakt Robertonun onu seçməyə çağırmasına mane olmamışdı. Mançininin rəhbərliyi altında İtaliya millisinin vurduğu ilk qolun müəllifinin məhz Balotelli olması özlüyündə maraqlı məqamdır.

Lakin 57 yaşlı mütəxəssisin başçılığı altında Balotellinin millidə keçirdiyi üç oyundan sonra futbolçu ilə məşqçi arasında münasibətlər korlanır. Bu, bir neçə il davam edir. 2022-ci ilin yanvarında  gözlənilmədən Roberto yenidən "Super Mario"nu milli komandanın təlim-məşq toplanışına dəvət edir. Bunun davamı olacaq, ya yox, zaman göstərəcək. 

İspaniya

Luis Enrike 2018-ci ilin yayından (qısa fasilə ilə) İspaniya millisinə rəhbərlik edir. Bir çox ispan mütəxəssislərinin fikrincə, o, həm də yığmanın qapılarını öz sevimlilərinin üzünə açıb. "Barselona"nın 17 yaşlı yarımmüdafiəçisi Qavi də həmin futbolçulardan biri hesab olunur. Enrike onu "Barselona"nın heyətində 90 dəqiqəni meydanda olmamışdan əvvəl milli komandanın start "11-liy"inə daxil etmişdi.

Lakin Qavidən əvvəl Luis Enrike “Mançester Siti”yə keçdikdən sonra millidə debüt edən Ferran Torresə inamı ilə gündəmə gəlmişdi. İspan “şəhərlilər”ın əsas oyunçusu sayılmadığı vaxtda Enrike onu milliyə çağırğdı və Ferranın müntəzəm olaraq məşqlərdə işitirakını təmin etdi. İndiyədək Torres İspaniya yığmasında 24 oyun keçirib və 13 qol vurub. 21 yaşlı yarımmüdafiəçi sonradan "Barselona"da oynamağa üstünlük verdi. Onun Luis Enrikenin qızı ilə sevgili olduğu xəbərini də vermişdik.

Fransa

2012-ci ildən Fransa millisinin baş məşqçisi olan Didye Deşamın da sevimli futbolçusu var. Söhbət hazırda "Milan"ın şərəfini qoruyan Olivye Jirudan gedir. Hücumçu hansı formada olursa olsun, Deşam onu ​​mütəmadi olaraq Fransa millisinin heyətində salır. Bu günə kimi millidə Didyenin rəhbərliyi altında Jiru 102 oyun keçirib və 47 qol vurub.

Xatırladaq ki, Fransa komandasının zəfəri ilə nəticələnən DÇ-2018-də Jiru turnirdə bir qol belə, vurmamışdı. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X