"Mən bunu Avropa Super Liqası adlandırmağı xoşlamıram. Çünki belə deyil".
Fanat.Az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
O, qurumun Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində çıxışı zamanı bu ideyanın tərəfdarlarının son ümidini qırıb.
Sloveniyalı funksioner bunun bir neçə oliqarxın və aristokratın Avropa futbolunun və cəmiyyətinin bütün dəyərlərini tapdalamaq cəhdi olduğunu söyləyib: "Mənim üçün bu layihə birdəfəlik və ya ən azı 20 il müddətinə başa çatdı".
İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi", "Tottenhem", İspaniyanın "Atletiko Madrid", İtaliyanın "Milan" və "İnter" klubları "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Super Liqada iştirak etməyə razılıq vermişdi. Lakin sonradan 9 klub sözügedən liqada iştirakdan vaz keçdiyini açıqladı.
Nihat