Futbol üzrə Ukrayna milli komandasının yoxlama oyunları keçirəcəyi növbəti rəqiblər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Aleksandr Petrakovun komandası DÇ-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədilə İtaliyada "Empoli" ilə üz-üzə gələcək. Qarşılaşma mayın 17-də baş tutacaq. Yığma bir gün sonra Xorvatiyada "Riyeka" ilə görüşəcək.
Xatırladaq ki, Ukrayna millisi bu gün Almaniyada "Borussiya" (Mönhenqladbax) komandası ilə üz-üzə gələcək.