"Roma"nın baş məşqçisi Joze Mourinyu gələcəyi ilə bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis gələn mövsüm də A Seriyasında çalışacağını bildirib.
"Roma" ilə hələ iki illik müqaviləm var. 100 faiz klubda qalacağam. Çünki dəyişiklik axtarmıram".
Qeyd edək ki, Mourinyu 2021-ci ildə "Roma"nın baş məşqçisi təyin olunub.
Röya